XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2018 - 21:08

Ukrayna hökuməti ABŞ-dan kömək istəyir- Qızılca xəstəliyinin qarşısını almaq üçün

Ukraynada böyüklər üçün qızılcaya qarşı vaksin çatışmazlığı yaranıb.

Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın səhiyyə naziri əvəzi Ulyana Suprun məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hökuməti qızılcaya qarşı vaksinlərlə bağlı humanitar yardımın edilməsi üçün ABŞ administrasiyası ilə danışıqlara başlayıb.

“Ukraynada böyüklər arasında da qızılca xəstəliyi artıb. İstəyirik ki, ölkəyə əlavə vaksinlər gətirərək, ilk növbədə riskli qruplara aid olan həkim, müəllim, tibb bacıları, hərbçiləri vaksinasiya edək”, – deyə U.Suprun bildirib.

Qeyd edək ki, Ukraynada bu ilin əvvəlindən başlayaraq 3554 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 1165 nəfəri böyük, 2389 nəfəri isə uşaqdır. Son bir ayda qızılcadan 4 nəfər ölüb, onlardan ikisi uşaq olub.