XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 20:02

Martin Şults XİN rəhbəri vəzifəsindən imtina etdi –Almaniyada yeni hökumət nə zaman qurulacaq?

Almaniya Sosial-Demokratik Partiyasının (ASDP) sədri Martin Şults yeni koalisiya hökumətinə daxil olmaqdan imtina etdiyini bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şuls öz qərarını partiyada “kadr debatlarını” sona çatdırılmasının vacibliyi ilə izah edib. “Mən federal hökumətə daxil olmaqdan imtina etdiyimi bildirirəm və eyni zamanda, ümid edirəm ki, ASDP-də kadr debatları sona çatacaq. Biz hamımız siyasəti bu ölkədəki insanlara görə aparırıq. Mənim şəxsi ambisiyalarım partiyanın maraqları ilə ziddiyyət təşkil etməməlidir”, – Şultsun bəyanatında belə deyilir.

Bir qədər əvvəl ASDP sədri yeni koalisiya hökumətində Almaniyanın Xarici İşlər Nazirliyinə başçılıq etmək istədiyini bildirmişdi. Almaniyada yeni hökumətin apreldə formalaşacağı gözlənilir.