XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 21:06

ABŞ-ın dövlət katibi Türkiyəyə səfərə gəlir –Gələn həftə

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Suriyanın Afrin bölgəsindəki vəziyyəti müzakirə etmək niyyətindədir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Dövlət katibi Ankarada ikitərəfli münasibətlər, regionda, o cümlədən Afrindəki vəziyyəti müzakirə edəcək”, məlumatda deyilir. Gələn həftə regiona səfəri çərçivəsində R.Tillerson həmçinin İordaniya, Livan, Misir və Küveytə səfər edəcək.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.