XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 13:46

Baş nazirin korteji qəzaya uğradı- Kanadada

Kanadanın baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Qəza nəticəsində baş nazir xəsarət almayıb.

Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.

Motosiklet və avtomobil sürücüləri xəstəxanaya çatdırılıb.