XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 14:57

Türkiyədə avtobus qəzası:8 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ankaradan Kahramanmaraş istiqamətində hərəkət edən mikroavtobus hələlik məlum olmayan səbəbdən yük avtomobilinə çırpılıb.

Hadisə yerinə çoxsaylı polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.