XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 15:38

Kim Çen In Cənubi Koreya prezidentiniPxenyana dəvət edib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Cənubi Koreya Prezidenti Mun Ce-ini Pxenyana səfərə dəvət edib.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, dəvəti Seulda Mun Ce-in ilə görüşdə KXDR liderinin bacısı Kim Yo-conq bəyan edib. Kim Çen In ən qısa zamanda Pxenyanda iki Koreya liderləri arasında sammitin keçirilməsini təklif edib.

Qeyd edək ki, Kim Çen Inın bacısı Kim Yo-conqun da daxil olduğu rəsmi nümayəndə heyəti Qış Olimpiya Oyunlarının açılış mərasimi üçün Cənubi Koreyada səfərdədir. Nümayəndə heyətinə KXDR Ali Xalq Məclisinin rəyasət heyətinin sədri Kim Yonq-nam rəhbərlik edir.