XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 22:16

Tehran:"İran PUA-sının Suriyada uçuşuna dair İsrailin iddiası gülüncdür"

İran PUA-sının Suriyada uçuşu ilə bağlı İsrailin iddiası gülüncdür. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

“İran PUA-sının uçuşu və sionist rejimə məxsus hərbi təyyarənin İran tərəfindən vurulmasına dair  iddialar  gülüncdür. İran Suriyada yalnız  məsləhətçi kimi  iştirak edir və  bu ölkənin qanuni və legitim hökumətinin dəvəti ilə oradadır”, – deyə B.Qasimi qeyd edib.  

B.Qasimi deyib ki, müstəqil bir ölkə kimi Suriya dövlətinin öz ərazi bütövlüyünü  müdafiə etmək və  hər növ xarici təcavüzlə mübarizə aparmaq qanuni hüququ var: “Sionist rejim həmişəki kimi, yalan məlumat yaymaqla və ixtilaflar yaratmaqla regionun müsəlman xalqlarına qarşı  cinayətlərini və təcavüzlərini ört basdır etmək istəyir”.