XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 11:15

BMT:"Suriyada bir həftədə min nəfər həlak olub"

BMT hesab edir ki, fevralın birinci həftəsində Suriyada 1000 nəfər hava zərbələrinin qurbanı olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, qeyd edib ki, baş katib Antoniu Quterreş Suriyada və onun sərhədləri xaricində hərbi eskalasiyanın narahatlıq doğruan təhlükəli nəticələrini diqqətlə müşahidə edir. Son hadisələr münaqişənin demək olar, yeddi il ərzindəki ən qanlı dövrlərindən biridir. 

"Yalnız fevralın birinci həftəsi ərzində mindən çox vətəndaşın hava zərbələrinin qurbanı olması haqqında xəbərlər daxil olub", – deyə onun açıqlamasına bildirilir.

"Baş katib yenidən vurğulayır ki, Suriyada və regionda bütün tərəflər məsuliyyət daşıyırlar və beynəlxalq qanunvericiliyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməlidirlər", – deyə Dyujarrik əlavə edib.