Ukrayna prezidenti Pyotr Poroşenko korrupsiyanı ölkənin ən böyük problemi adlandırıb.
APA-nın xəbərinə görə, P.Poroşenko bunu “Profil” jurnalına müsahibəsində bildirib.
“Korrupsiya Ukraynanın ən böyük problemi olub və qalmaqdadır”, – deyə Poroşenko qeyd edib.
Prezident qeyd edib ki, oliqarxlar, siyasətçilər və məmurlar tərəfindən ölkədən qanunsuz çıxarılan vəsaitlərin qaytarılması üçün Ukrayna tərəfi qərb ölkələrin xüsusi xidmət qurumları əməldaşlığı davam etdirəcək.