XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 11:57

ABŞ-da 4 nəfəri qətlə yetirən şəxsintihar edib

ABŞ-ın Kentukki ştatında 4 nəfəri qətlə yetirən şəxs daha sonra intihar edib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü Peyntsvill şəhərində atışma olması barədə polisə məlumat daxil olub.

Hadisə yerinə yollanan polislər bir evin mətbəxində güllələnərək öldürülmüş 2 nəfərin meyitini aşkarlayıb. Şahidlər qatilin qara rəngli "Toyota Camry" markalı avtomobillə hadisə yerindən uzaqlaşdığını bildiriblər. Bir müddət sonra həmin avtomobil Peyntsvill şəhərində küçələrdən birində aşkarlanıb. Avtomobilin dayandığı evin qarşısında aparılan axtarış zamanı daha iki nəfərin, o cümlədən cinayətkarın meyitləri aşkarlanıb. Cinayətkarın törətdiyi son qətllərdən sonra özünü öldürdüyü məlum olub.