Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov "Real Madrid"in futbolçusu Kriştianu Ronaldoya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib.
“Report” xəbər verir ki, görüşün videosunu Nurməhəmmədov öz "Instagram" səhifəsində paylaşıb.
"Bir-birimizə hədiyyə verdik. Kimin kimə nə hədiyyə etdiyini özünüz başa düşdünüz", — deyə Nurməhəmmədov bildirib.