Çinin paytaxtı Pekinin Sidan rayonunda naməlum şəxs bıçaqla mağazadakı insanlara hücum edib.
Trend-in məlumatına görə, hücum nəticəsində aldığı yaralardan bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi saxlayıb. Hazırda araşdırma aparılır.