XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 14:38

Dubayda dünyanın ən hündür otelinin açılışı olacaq- Sabah

Sabah Dubayda dünyanın ən hündür "Gevora" adlı otelinin açılışı olacaq.

Trend-in məlumatına görə, otelin hündürlüyü 356 metr təşkil edir və 75 mərtəbədən ibarətdir. Otel "Sheikh Zayed Road" mərkəzi avtomobil yolunun qırağında yerləşir.

Qeyd edək ki, hazırda dünyanın ən hündür sayılan "JW Marriott Marquis" otelidə Dubayda yerləşir. Onun hündürlüyü 355 metr təşkil edir və 75 mərtəbədən ibarətdir.