XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2018 - 15:11

Aİ-Britaniya münasibətləri “Brexit”dən sonra necə davam edəcək?- Üç həftə ərzində ictimaiyyətə açıqlanacaq

Böyük Britaniyanın Baş naziri Tereza Mey və nazirlər üç həftə ərzində “Brexit”dən sonra Britaniya-Avropa İttifaqı münasibətlərinin necə davam edəcəyi barədə fikirlərini açıqlayacaqlar.

Azərtac xəbər verir ki, açıqlamaların daha çox təhlükəsizlik, işçilərin hüquqları və ticarət məsələləri ilə bağlı olması gözlənilir.

Baş nazir Tereza Mey Britaniyanın “Brexit” sonrası planları haqqında açıqlama verməsi ilə bağlı Brüsseldən ciddi təzyiqlərlə üzləşir. Çünki bu mövzuya dair Avropa İttifaqı ilə hələlik heç bir razılıq əldə edilməyib.