XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 17:09

Moskvada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlıcinayət işi açılıb

Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

 Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "Ан-148" tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.