XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2018 - 21:22

Poroşenko:"Ukrayna “Peçora” C-125M zenit-raket kompleksini modernləşdirməyə başlayır"

Ukraynanın dövlət konserni “Ukroboronprom” “Peçora” C-125M zenit-raket kompleksini modernləşdirməyə başlayır.

Azərtac xəbər verir ki, bu barədə mətbuata açıqlamasında prezident Petro Poroşenko məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Hava Qüvvələri üçün hava hücumundan müdafiə üçün raket sistemini müasirləşdirir.

“Biz Ukrayna Hava Qüvvələri üçün müdafiə imkanlarını gücləndirmək üçün işimizi davam etdirəcəyik”, deyə Poroşenko əlavə edib.

O vurğulayıb ki, Ukrayna istehsalı olan silahların moderinləşdirilməsi dövlətin prioritet fəaliyyətidir.