Moskva ətrafında qəzaya uğramış "An-148" sərnişin təyyarəsində olanların hamısı həlak olub.
“Report” xəbər verir ki, bu barədə Moskva Vilayətlərarası Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub, hamısı ölüb", – deyə idarədən bildirilib.