XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 17:19

Ərdoğanın oğlu məhkəməni uduzdu
İstanbul məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Cumhuriyet qəzetinin jurnalisti Canan Coşquna qarşı böhtan haqqında iş üzrə iddiasını rədd edib.

Strateq.az oxu.az-a istinadən xəbər verir ki, 2014-cü ilin sentyabrında C.Coşqun Bilal Ərdoğanı rüşvət almaqda ittiham etmişdi.

Coşqunun məqaləsinə əsasən, Türkiyədə direktorlar şurası üzvünün Bilal Ərdoğan olduğu təhsilə yardım fondu bələdiyyəyə qanunsuz təsir göstərərək, İstanbulun mərkəzində tarixi bina alıb. Türkiyə prezidentinin oğlu bunu böhtan sayaraq, Coşquna qarşı məhkəmə iddiası qaldırıb

Məhkəmə jurnalistin hərəkətlərində cinayət tərkibi tapmadığı üçün kiçik Ərdoğanın iddiasını rədd edib, Hurriyet qəzeti xəbər verir.