Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb. "Soyuqlayıb, amma işini davam etdirir", – deyə Peskov qeyd edib. Bu gün Rusiya prezidenti Soçidə "Rusiya liderləri" müsabiqəsinin finalçıları ilə görüşüb. Tədbirin açılışı zamanı Putin sakit danışdığına görə üzr istəyib.
"Mən üzr istəyirəm, səsim batıb", – deyə dövlət başçısı üzrxahlıq edib.