XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2018 - 22:08

“İsrail hökuməti ilə birbaşa sülh danışıqlarına hazırıq” –Fələstin XİN-dən bəyanat

"Üçüncü tərəfin vasitəçiliyi olarsa, Fələstin İsrail hökuməti ilə birbaşa sülh danışıqlarına hazırdır".

Bu sözləri Fələstinin Xarici İşlər naziri Riyad Maliki deyib.

O bildirib ki, danışıqların məkanı kimi Soçi, yaxud Moskva seçilə bilər:

“Biz düşünürük ki, Qüdsdə keçiriləcək 15 dəqiqəlik danışığın bizə faydası dəyməyəcək. Hesab edirik ki, Soçi, yaxud Moskvada danışıqlar keçirilsə, müsbət nəticələr əldə edilmiş ola bilər. Əgər Netanyahu bunu istəyirsə. Uçuş 3 saatdan artıq davam etmir və o, Putin və Rusiya xalqının qonaqpərvərliyindən məmnun qalacaq”.

Axar.az