XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Fevral 2018 - 10:34

Tramp ABŞ Milli Təhlükəsizlik Agentliyinə rəhbər təyin etdi- General-leytenant Nakasoneni

Prezident Donald Tramp general-leytenant Pol Nakasoneni ABŞ-ın ən gizli kəşfiyyat idarələrindən biri olan Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbəri təyin edib.

Trend-in məlumatına görə, bu barədə kibertəhlükəsizlik məsələləri üzrə prezidentin xüsusi köməkçisi və Ağ evin koordinatoru Rob Coys öz "Twitter" hesabında yazıb.

Nakasonen eyni zamanda ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığına rəhbərlik edəcək və ona general rütbəsi veriləcək. Bundan əlavə, onun namizədliyini hələ Konqresin Senatı təsdiqləməlidi.

54 yaşlı Nakasone 2016-cı ilin oktyabr ayından ABŞ ordusunun kiberkomandanlığına rəhbərlik edir. Xidmətə kəşfiyyatda başlayıb. Əfqanıstan və İraqdakı əməliyyatlarda iştirak edib.