XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Fevral 2018 - 12:18

Saakaşvili Polşadan Niderlanda gedəcək- Daha sonra Belçika, Almaniya, Fransaya

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək.

Trend-in məlumatına görə, bunu M.Saakaşvili özü elan edib.

O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.