Ruhani nöqtə qoydu: “Sanksiyalar ləğv olunmasa…”

“Qərb sanksiyaları ləğv etməyənə qədər İran “Altılıq”la müqavilə imzalamayacaq”.
Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.
Onun sözlərinə görə, gələcəkdə imzalanacaq saziş özündə təcridlə əlaqəli bütün vasitələrin ləğvini əks etdirməlidir.
Qeyd edək ki, bir müddət əvvəl çıxış edən İranını Ali Dini lideri Xameneyi də eyni fikirləri səsləndirmişdi.