XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 16:09

Yens Stoltenberq:"NATO İraqda hərbçilərinin sayını artıracaq"

"NATO İraqa təlim missiyası göndərərək, oradakı hərbçilərinin sayını artıracaq".

 "RİA Novosti" xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Alyans ölkələrinin müdafiə nazirlərinin toplantısından sonra bildirib.

"Elə indicə İraq hökumətinin və koalisiyanın xahişi əsasında İraqda NATO təlim missiyasını planlaşdırmağa başlamaq barədə razılığa gəldik", – Y.Stoltenberq deyib.

Missiyanın başlanması barədə Alyansın iyul ayında keçiriləcək sammitində elan ediləcəyi gözlənilir.

"NATO-nun mövcudluğunu gücləndirməyi planlaşdırırıq, lakin döyüş missiyası planlaşdırmırıq", – deyə baş katib əlavə edib/Report.