Prezident İlham Əliyev “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə dəyişiklik təsdiq edib.
Starteq.az xəbər verir ki, bununla da aşağıdakı dəyişiklik həyata keçirilib:
1. 7.9-5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.9-5. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, dini mərkəz tərəfindən vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə razılıq verilməsi;”.
2. 7.10-3-cü bəndə “vətəndaşlığı olmayan şəxslər” sözlərindən sonra “(dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla)” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 7.10-14-cü bənd əlavə edilsin:
“7.10-14. Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi;”.