XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 22:50

Cənubi afrikalılar prezident Zumanın istefasından məmnundur –“Yeni mərhələnin başlanmasını istəyirik”

Cənubi Afrika Respublikasının prezidenti Yakob Zumanın rəqibləri illərdir ki, onun korrupsiya fəaliyyətinin araşdırılmasını və istefa verməsini tələb edirdi. Lakin Afrika Milli Konqresinin dəstəyi sayəsində Zuma illərdir parlamentdəki səsvermələrdən xilas ola bilirdi.

Ancaq bu dəfə Afrika Milli Konqresinin millət vəkilləri Zumanı dəstəkləməyəcəklərini açıq şəkildə bildirdilər. Bu qərar müxalifət tərəfindən alqışlanıb.

"Bildiyiniz kimi biz həftələrdir bu belə bir qərar üçün çağırışlar edirdik. Düşünürəm ki, bütün partiyalar birləşib, prezident Zumanı vəzifəsindən uzaqlaşdıraraq yeni mərhələnin başlanmasını istəyir." – deyə, Demokratik Alyans Partiyasının üzvü Con Stenhuseyn bildirib.

Təzyiqlərlə üzləşən prezident Zuma çərşənbə günü yerli televiziya kanalı vasitəsilə özünün könüllü istefasını xalqa açıqlayıb: "Mən siyasi ofisimi tərk etməkdən qorxmuram. Sadəcə öz partiyamdan xahiş etdim ki, mənim etdiyim səhvlərə reaksiya versinlər və bu səbəbdən də mən dərhal öz ofisimi boşaltdım.” – deyə, Yakob Zuma qeyd edib.

Müxtəlif skandallarla üzləşən Zuma öz şəxsi evini dövlət fondunun pulundan istifadə edərək təmir etdiyi üçün cənubi afrikalılar onun impiçment olunmasını tələb edirdi. Çərşənbə günü polis hindistanlı zəngin sahibkar ailə sayılan və prezidentlə korrupsiya münasibətlərinin olduğu idda edilən Gupta ailəsinin evinə basqın edib.

Afrika Milli Konqresi bəyanat yayaraq bildirib ki, Zumanın istefası Cənubi Afrika xalqına arxayın və şəksiz olmağı təmin edir. Partiya sıralarında iştirakı ilə prezident səviyyəsinə yüksəlmiş Yakob Zuma ölkənin iqtisadiyyatını dağılmış vəziyyətə salıb. Bir çox insan da məhz bu səbəbdən Zumanın istefasına sevinir.

Yakob Zuma dekabrın sonlarında Afrika Milli Konqresinin yeni lideri seçilən deputat Sayrl Ramaposa ilə əvəz edilib.(Amerikanın Səsi)