XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 10:30

Tramp:"Rusiya ilə heç bir sövdələşmə olmayıb"

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun seçki qərargahının üzvləri yanlış hərəkətlərə yol verməyiblər və Moskva ilə hər hansı bir "razılaşma" olmayıb.

Trend-in məlumatına görə, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

"Rusiya antiamerika kampaniyasına 2014-cü ildə başlayıb və mən prezidentliyə namizədliyimi bundan xeyli əvvəl elan etmişəm. Seçkilərin nəticələrinə təsir olmayıb. Trampın kampaniyası heç bir yanlış iş görməyib. Sövdələşmə olmayıb", – Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ xüsusi prokuroru Robert Müller "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüb.