XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 11:34

Aİ və NATO birgə tədbir keçirəcək- Antiterror üzrə əməkdaşlıq müzakirə ediləcək

Avropa İttifaqı və NATO terrorizmlə mübarizə sahəsində əməkdaşlığın inkişaf yollarını Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin iştirakı ilə iyun ayında keçiriləcək alyansın xarici işlər nazirlərinin görüşündə müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin müavini Rouz Getemüller Münhendə Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

O, bildirib: "Biz iyun ayında nazirlərin görüşündə NATO və Aİ arasında terrorla mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik".

Qeyd edək ki, 29 NATO ölkəsindən 20-si eyni zamanda Avropa İttifaqının üzvüdür.