XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 11:47

Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər” – Təhlil

Analitik İrina Corbenadze

 

Əziz Pirimkulov

ca-irnews.com/ru, 16.02.2018

 

İslam Respublikası Ermənistansız da Avrasiya İqtisadi Birliyinə girə bilər – o, sadəcə, “əlavə arqumentdir”, çünki İİR-lə həmsərhəddir. “Rosbalt” İA-nın siyasi icmalçısı İrina Corbenadze “CA-IrNews”-la bu belə bir fikir bölüşüb.

Ekspertin fikrincə, Avrasiya İqtisadi Birliyi, demək olar, türk birliyinə çevrilir və burada, əlbəttə, Ermənistanın dəstəklənmədiyi Qarabağ məsələsi var. İrana gəlincə, onun AİB-ə inteqrasiyası və yaxud daxil olması tamamilə gerçəkdir. Ermənistan bu təşkilatın üzvü kimi xeyli dərəcədə Avrasiya birliyini inteqrasiyasının möhkəmlənməsi üçün gərəkdir. Bu, Rusiyanın öz nüfuz dairəsində saydığı ölkələrin tam şəkildə Qərbə “getməyinə” imkan vermir. İrəvan isə “alternetiv tərəf”ə boylanır, halbuki faktiki olaraq RF-nin cənub sərhədi olub. Özü də Ermənistanın Gümri şəhərində Rusiya hərbi bazası yerləşir. Və o, Rusiya ilə münasibətləri zaman-zaman dəyişikliklərə uğrayan NATO dövləti Türkiyənin burnunun altında yerləşir.

Corbenadze qeyd edir: “Ermənistan iqtisadi baxımdan Kremlə lazımdırmı? Əlbəttə, yox. Rusiya onsuz da respublikadakı, strateji önəmli obyektlərin, demək olar, hamısını alıb. Amma, bax, İrəvana isə AİB lazımdır – heç olmasa, Ermənistan məhsulunun bu birlik dövlətlərinin bazarlarına çıxması üçün. Bundan savayı, Ermənistan KTMT üzvüdür ki, bu da iqtisadi birlik ölkələri ilə “qoşqu”da ona bir qədər güvənlik təmin edir”.

O, hesab edir ki, Ermənistan AİB-ə təkcə onu cəzb edən müəyyən ticari-iqtisadi imtiyazlar üzündən deyil, həm də güvənlik təsəvvürlərinə görə daxil olub – axı Qarabağ problemi hələ də həll olunmayıb və belə durumda Rusiyadan – Avrasiya Birliyi və KTMT-nin lokomotivi – uzaqlaşmaq ziyan verər.

“İrəvan Avropa Birliyi ilə Assosiasiya haqda Saziş imzalamalıydı ki, “birdən” imtina etdi və AİB-i seçdi. Əlbəttə, iqtisadi və hərbi siyasi çarəsizlikdən. Amma buna baxmayaraq, Ermənistan Qərbə boylanmağı davam etdirir: bu yaxınlarda AB ilə saziş imzalayıb, lakin demək olar, zərərsizdir. Xüsusən də azad ticarət rejimini təmin etməyən və əsaslı bir şey verməyəndir. Əksinə, AB ermənilərdən respublikanın elektrik enerjisinə tələbatının 40%-i ödəyən atom stansiyasını bağlamağı tələb edib. Belə ki, AB ilə saziş Ermənistan üçün olduqca məşəqqətli, indiki halda çoxyönlü siyasət həyata keçirmək istəyini təsdiqləməyən ola bilər”, – deyə Corbenadze yekun vurur.

Tərcümə Strateq.az-ındır.