XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 12:27

Neft hasilatının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək- Rusiya Mərkəzi Bankı

Neft istehsalının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir edəcək.

Azərtac xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair razılıq 2018-ci ildə Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək.

“OPEC-lə əldə edilən razılıq xarici ölkələrdən təbii qaz tələbatın azalmasına gətirib çıxaracaq, bu da Rusiyada istehsalın aşağı düşməsinə səbəb olacaq. Bunun ümumilikdə Rusiya iqtisadiyyata mənfi təsir göstərəcəyi proqnozlaşdırılır”, – deyə bank bildirib.

Qeyd edək ki, OPEC ölkələri və başda Rusiya olmaqla digər istehsalçı dövlətlər neftin qiymətinin düşməsindən sonra hasilatı məhdudlaşdırmağa qərar veriblər. Rusiya 2016-cı ilin oktyabrından etibarən gündəlik 11 milyon barreldən çox olan neft hasilatını sutkalıq 300 min barrel azaltmağa başlayıb.