XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 17:28

Misir ordusu:“Sinay 2018” antiterror əməliyyatı davam edir

Misir ordusunun Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi “Sinay 2018” antiterror əməliyyatı davam edir.

Azərtac Misir silahlı qüvvələrinin yaydığı bəyanata istinadən xəbər verir ki, ölkənin hərbi hava qüvvələri tərəfindən terrorçuların 8 obyektinə zərbə endirilib və onlar tam məhv edilib. Əməliyyat nəticəsində 3 ekstremist öldürülüb.

Bəyanatda qeyd olunur ki, Sinayın şimalında keçirilən əməliyyat zamanı daha dörd terrorçu məhv edilib, 45 partlayıcı qurğu zərərsizləşdirilib, terrorçuların gizləndiyi sığınacaqlar və silah-sursat bazaları ələ keçirilib. Bazalarda 7 ton narkotik maddə aşkar edilib.

Antiterror əməliyyatı zamanı, həmçinin terror törətməkdə şübhəli bilinən 408 nəfər saxlanılıb.

Qeyd edək ki, Prezident Əbdülfəttah əs-Sisinin tapşırığına uyğun olaraq Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzi hissəsində, həmçinin Nil çayının deltasında və qərbdəki səhralıq rayonlarda fevralın 9-dan etibarən irimiqyaslı “Sinay 2018” antiterror əməliyyatı keçirir.