XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 20:24

Türklər Macarıstanda PKK tərəfdarları ilə üz-üzə gəldi- FOTO

Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatına etiraz ediblər.

Bu barədə Milli.az xəbər verib.

Macarıstanda yaşayan Azərbaycan və Türkiyə türkləri etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan həmvətənlərimiz  türklərlə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz!”, “PKK terror təşkilatıdır!” şüarları səsləndiriblər. Onlar birlikdə İstiqlal marşını oxuyublar.

Nəticədə 30 nəfərdən ibarət PKK tərəfdarları ərazini tərk etməyə məcbur qalıblar.