XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2018 - 20:48

Böyük Britaniyada zəlzələ olub

Şənbə günü Böyük Britaniyada 4,7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 18:31-də, Uelsin paytaxtı Kardiffdən 49 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.