XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

18 Fevral 2018 - 09:52

İsrail Qəzza sektoruna hava zərbələri endirib –Xəsarət alanlar var

İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunda 18 hədəfə zərbə endirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Zərbələr yeraltı tunellərə, müşahidə qüllələrinə, təlim düşərgələrinə və silah emalatxanalarına endirilib.

Qeyd edək ki, İsrail-Fələstin sərhədində vəziyyət yenidən gərginləşib. Sabitlik yəhudi əsgərlərinin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.