XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

18 Fevral 2018 - 10:34

Prezidentliyə sabiq namizəd ABŞ senatoru olmaq istəyir  –Trampın qatı əleyhdarı kampaniyaya start verib

Sabiq prezidentliyə namizəd Mit Romni ABŞ Senatında Yuta ştatını təmsil etmək niyyətindədir. Cümə günü Massaçusets ştatının sabiq qubernatoru reklam çarxı ilə Senat seçki kampaniyasına rəsmən start verdi.

Respublikaçılar arasında prezident Donald Trampın ən kəskin tənqidçilərindən biri olan Romni, reklam çarxında nə prezidenti, nə də ki, onun administrasiyasını qeyd etdi. Romninin indiki administrasiyanın siyasətini xatırlada biləcək yeganə ifadəsi o idi ki, “Yuta dünyanın hər yerindən qanuni mühacirləri qəbul edir, amma Vaşinqton mühacirlərə təcrid mesajı göndərir.”

Romni 2012-ci il prezident seçkilərində demokrat rəqibi Barak Obamaya məğlub olandan sonra yoldaşı Ann ilə Yutaya köçüb və orada yaşayır. 70 yaşlı sabiq prezidentliyə namizəd hazırkı senator Orrin Hatçın müddəti tamam olandan sonra təqaüdə çıxacağı ilə bağlı elandan sonra həmin yer üçün ən real namizəd hesab edilir. 2003-2007 illərində Massaçusets ştatının qubernatoru olmuş Romni, 2002-ci ildə Yutanın Solt Leyk Siti şəhərində keçirilən Qış Olimpiya Oyunlarının təşkilatçıları arasında olub.

Yuta ştatında Rominin çoxlu sayda dəstəkçiləri olduğu güman edilir. Lakin ştatın bəzi respublikaçıları Romninin konservativlər üçün çox mülayim olduğunu iddia edirlər. 2010-cu ildə Barak Obamanın həyata keçirdiyi səhiyyə sığortası islahatı, Mit Romninin Massaçusets ştatının qubernatoru olduğu dövrdə reallaşdırdığı islahatın nümunəsi üzərində qurulduğu bildirilir.