İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrailin ittihamlarını rədd edib.
Strateq.az-ın məlumatına görə, XİN rəhbəri bəyan edib ki, Suriyada İranın hərbi bazası və hərbi qulluqçuları yoxdur: “Yoxdur, Bizim orada hərbi bazamızyoxdur”.
İsrailin kəşfiyyat naziri İsrael Kas bildirmişdi ki, Təl-Əvivin İran hərbçilərinin Suriyadakı mövqelərinə zərbə endirmələri onu göstərir ki, İsrail öz sərhədlərində Tehranın mövcudluğuna dözməyəcək.