XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 21:30

Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb –Kiyevin qarşısına tələb qoyulub


Ukraynanın Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukrayna tərəfinə ötən gün Kiyevdə “Rossotrudniçestvo” Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Rusiya tərəfi hücumu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edib”, məlumatda bildirilir.

Qeyd edək ki, fevralın 17-18-də bir qrup radikal Kiyevdə “Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və “Sberbank”a hücum edərək qurumların binalarına ziyan vurublar.