XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 Fevral 2018 - 23:47

Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub


Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.

“Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin Suriya üzrə üçtərəfli görüşü martın 14-də Astanada baş tutacaq”, deyə B.Bozdağ qeyd edib. Onun sözlərinə görə, aprelin əvvəlində Türkiyə prezidenti R.T.Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüşün keçirilməsi planlaşdırılır.

“Bundan sonra Suriya üzrə Rusiya-Türkiyə-İran zirvə toplantısının keçiriləcəyi gözlənilir”, deyə B.Bozdağ əlavə edib