XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 13:37

İranda polislə sufilər arasında toqquşma –Üç polis öldürülüb

İranın paytaxtı Tehranda sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsindən sonra sufi-dərvişlərlə polis arasında amansız qarşıdurmalar baş verib.

"İnterfaks" xəbər verir ki, bu barədə Londonda nəşr edilən "Əş-Şark əl-Ausat" qəzeti yazıb.

Qəzetin məlumatına görə, kütləvi iğtişaşlar zamanı dərvişlərdən biri avtobusu bir qrup polisin üzərinə sürüb. Üç polis məmuru ölüb, sürücü həbs edilib.

Polis qüvvələri ölkənin təhlükəsizliyini təhdid altına salan istənilən qanunsuz hərəkətlərə qarşı çox ciddi tədbirlər görəcəyini bildirib/Report.