XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 14:04

Yəməndə difteriya bəlası- 62 nəfər ölüb

Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb.

Trend-in məlumatına görə, bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib.

Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.

Qeyd olunur ki, xəstəlik əsasən Yəmənin iki əyalətində yayılıb.