XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 14:27

ABŞ-a məxsus F-16 qırıcılarının uçuşlarının dayandırılması tələb olunub- Yaponiyada

Yaponiyanın Aomori prefekturasının Tohoku şəhərinin meri baş verən növbəti hadisədən sonra ABŞ hərbi komandanlığından F-16 qırıcılarının uçuşunu dayandırmağı tələb edib.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, müvafiq tələb fevralın 21-də ABŞ tərəfinə təqdim edilib.

Xatırladaq ki, bir gün əvvəl – fevralın 20-də ABŞ hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə mühərriklərindən birində baş verən yanğın səbəbindən yanacaq çənlərini gölə atıb. Çənlərdən biri həmin vaxt göldə olan balıqçı qayıqlarından 400 metr aralı düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, polis ekoloji zərərin həcmini araşdırır.

Son vaxtlar ABŞ hərbi hava qüvvələrinin Yaponiyada yerləşən texnikasında baş verən texniki problemlər yapon ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Yalnız ötən il 25 belə hadisə qeydə alınıb. Cari ildə də həmin hadisələr baş verməkdə davam edir.

Baş nazir Şinzo Abe dünən parlamentin iclaslarından birində çıxışı zamanı ABŞ tərəfindən texniki təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və gələcəkdə belə halların bir daha baş verməməsi üçün müvafiq addımların atılmasını tələb edib.