XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 14:57

KXDR-in nümayəndə heyəti ABŞ-ın vitse-prezidenti ilə görüşdən imtina edib- Pxençanda

Pxençanda keçirilən Qış Olimpiya Oyunları zamanı ABŞ-ın vitse-prezidenti Mayk Penslə Şimali Koreya liderinin bacısı Kim Yo Çen arasında planlaşdırılan “məxfi görüş” KXDR-in təşəbbüsü ilə “son anda” ləğv edilib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, vitse-prezidentin ofisi tərəfindən yayılan məlumatda Şimali Koreya tərəfinin görüşü ləğv edərkən Pensin elan etdiyi yeni sanksiyalara narazılıq bildirdiyi qeyd olunur.

Ağ ev məmurlarının sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Mayk Pens bu görüşə administrasiyanın KXDR-ə maksimal təzyiq göstərməsi üzrə kampaniyanın davami kimi yanaşırdı.

Xatırladaq ki, Ağ evin mətbuat katibinin müavini Rac Şah Olimpiada ərəfəsində jurnalistlərə ABŞ-ın vitse-prezidenti Mayk Pensin və Amerika prezidentinin qızı İvanka Trampın Pxençanda Şimali Koreya liderinin bacısı Kim Yo Çen ilə görüşünün nəzərdə tutulmadığını bildirmişdi. Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi də öz növbəsində Olimpiya Oyunlarının açılışına gələn KXDR nümayəndə heyətinin ABŞ tərəfi ilə görüşmək istəyinin olmadığını demişdi.