XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2018 - 15:35

Şagirdlərə “2” yazılması qadağan edilə bilər- Rusiya məktəblərində

Rusiya məktəblərində şagirdlərin "2" ilə qiymətləndirilməsinin, eləcə də bu və ya digər səbəbdən məktəbdən uzaqlaşdırılmasının qadağan edilməsi təklif edilib.

Trend-in məlumatına görə, belə bir təkliflə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib.

Rusiyanın liberal demokratının sözlərinə görə, bunun vasitəsilə uşaqlarda travmaların qarşısını almaq olar.

V.Jirinovski uşaqlarda yol açan bu travmaların gələcəkdə daha ağır fəsadlar yaratdığını qeyd edib.

O deyib: "Bizdə də, Amerikada da məktəblərdə atışma faktlarını araşdırarkən məlum olur ki, hadisəni törədənlər nə vaxtsa yaxşı oxumadıqları üçün məktəbdən xaric olmuş uşaqlardır".