XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2018 - 21:49

Tbilisidəki zavodların birində güclü yanğın- FOTO

Gürcüstanın paytaxtı Tbilisidəki zavodların birində güclü yanğın baş verib.

Az'rtac xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, “Didube” metro stansiyasının yaxınlığındakı zavodda baş verib. Zavodun anbarındakı yüngül sənaye malları, sintetik və plastmas məhsullar yanır. Ətrafı qatı tüstü bürüyüb.

Yanğının səbəbi məlum deyil.

Əraziyə 18 yanğınsöndürən briqada və təcili tibbi yardım maşınları cəlb olunub.