XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 00:04

Putin MDB və bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşəcək –Kreml qəbulun səbəbini açıqladı

Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Vətən Müdafiəsi Günü münasibəti ilə MDB ölkələri, eləcə də, Venesuela, Qətər və Serbiyanın xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

 RİA "Novosti" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Fevralın iyirmi ikisində Vladimir Putin Vətən Müdafiəsi Gününə həsr olunmuş təntənəli gecədə iştirak edəcək. O, Dövlət Kreml Sarayında Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın nümayəndə heyətləri ilə görüşəcək, həmçinin hərbçiləri, müki personalı və ordu veteranlarını bayram münasibəti ilə təbrik edəcək", – deyə məlumatda bildirilir/Report.