XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 14:57

“Afrinə terrorçu qüvvələrin toplanmasına imkan verilməyəcək” –Türkiyə XİN

Türkiyə Afrin bölgəsində hər hansı terrorçu qüvvələrin, eləcə də Suriya “xalq qüvvələrinin” toplaşmasına iimkan verməyəcək.

Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, ötən gün özünü “Suriya xalq qüvvələri” adlandıran qruplaşma Afrinə daxil olmağa çalışıb. Türkiyə Silahlı Qüvvələri onlara ciddi müqavimət göstərib.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.