XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2018 - 19:41

Tereza Mey “Brexit”lə bağlı hökumətin mövqeyini açıqlayacaq –Martın 2-də

Böyük Britaniyanın Baş naziri Tereza Mey gələn həftə ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı çıxış edəcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Downing Street” nümayəndəsinin sözlərinə görə, baş nazir martın 2-də hökumətin mövqeyinin detallarını açıqlayacaq. Tereza Meyin çıxışının Britaniyada baş tutacağı gözlənilir. Ötən ilin sentyabr ayında o, “Brexit” üzrə mövqeyini İtaliyanın Florensiya şəhərində bildirmişdi.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə referendum 2016-cı il iyunun 23-də keçirilib. Səsvermədə iştirak edən britaniyalıların əksəriyyəti “Brexit”i dəstəkləyib. Ölkənin Aİ-nin tərkibindən çıxması 2019-cu il martın 29-u London vaxtı ilə 23:00-a planlaşdırılıb.