XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 21:46

Türkiyə XİN başçısı:"Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir"

“Hollandiya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarı məcburi deyil”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hollandiya parlamentinin 1915-ci il qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu qərar İslam düşmənçiliyinin göstəricisidir.

Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Aşağı Palatası 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanınması ilə bağlı təklifi qəbul edib. Qərar ölkədə türk diasporunun maraqlarını təmsil edən "Denk" Partiyasından başqa, bütün siyasi qüvvələr tərəfindən qəbul olunub.

Niderland Krallığının Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı fevralın 23-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.