XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

24 Fevral 2018 - 19:27

Çin bu il nəhəng investisiya layihələrinə başlayır- 1,6 trilyon dollarlıq

Çin hökuməti 2018-ci ildə ölkə daxilində 10 trln. yuan və ya 1,6 trln. dollar məbləğində bir neçə iri investisiya layihəsi həyata keçirməyi planlaşdırır.

"Report" xəbər verir kİ, bu barədə "China Daily" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, əsas layihələrin informasiya texnologiyaları, nəqliyyat və energetika infrastrukturunun inşası, həmçinin yüksək texnologiya avadanlıqlarının istehsalı sahələrində icrası nəzərdə tutulub.

"Bütün planlaşdırılan layihələr ölkənin gələcək inkişafının möhkəmləndirilməsi üçün düşünülüb. Onlar, sənayenin yeni sahələrinin inkişafı, ənənəvi sahələrin modernizasiyası və Çin mallarının keyfiyyətinin artırılaraq rəqabətə davamlı olmasına istiqamətlənib", – deyə qəzet yazıb.

Çin hökumətinin planına əsasən, 2022-ci ilə qədər sənayenin inkişaf etmiş sahələri ÜDM-in 30%-ni təmin etməlidir.