XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

24 Fevral 2018 - 19:51

BMT Təhlükəsizlik Şurasında səsvermə keçiriləcək- Suriyaya dair qətnamə üzrə

BMT Təhlükəsizlik Şurasında Suriyada atəşkəsin tədbiq olunmasına dair qətnamə üzrə səsvermənin fevralın 24-də keçiriləcəyi planlaşdırılır.

Trend-in verdiyi xəbərə görə, bu barədə Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur Əl Oteybi Təhlükəsizlik Şurasında məsləhətləşmələrin nəticəsinə əsasən məlumat verib.

"Səsvermə fevralın 24-də günorta baş tutacaq", – deyə o bildirib.

Qeyd edək ki, Suriya ərazisində humanitar yardımların çatdırılması və tibbi təxliyyə məqsədi ilə 30 günlük atəşkəsin elan edilməsi layihəsi 3 həftə əvvəl İsveç və Küveyt nümayəndə heyətləri tərəfindən təqdim olunmuşdu.